SlideShow

0

çaşqın.

sağ qalmaqla yaşamaq arasında böyük fərq var.mən yalnızca həyatda sağ qalıram,yaşamıram.yaşamaq üçün tam olmalıyam və mən yarımçığam.
onu tapmaq dünyadakı ən çətin işdir.o deyəndə onu nəzərdə tuturam,yəni o.xəyalınızdakı insan,ruh əkiziniz,digər yanınız.insan yarım doğar və bütün həyatı boyunca o biri yarısını axtarar.kimiləri tapar,kimiləri də axtarışlardaca sona vurar ömrünü.amma bildiyim tək şey var ki,o da əgər 50 il sonra sağ qalsam,onu tapmadığıma görə peşman olmama istəyimdir.ən azından axtarmaq və cəhd etmək lazımdır.mən də cəhd edirəm və axtarışlardayam.
hələ nəticə yoxdur,olacaqdır deyə bir söz də verilməyib mənə,bilirəm.hərdən özümü alçaldıram,hərdən özümə dəyər verirəm,hərdən özümdən iyrənirəm,hərdən bezirəm özümdən
.bütün bu hallar üçün ikinci bir özə ehtiyacım var.özümdən iyrənərkən və özümü alçaldarkən o biri özümə qaçmaq üçün.o öz səndədir,yəni ondadır.
gülməlidir.21ci əsrdə yalnız qalmaq gülməlidir.təklik gülməlidir.və ələxsus ürəyin penislə,sevginin sex-lə əvəz olunduğu bir dövrdə tək qalmaq gülməlidir.çox gülməlidir,özüm də qəhqəhələrimi saxlaya bilmirəm.öz acizliyimə,öz xətalarıma özümün qəhqəhələrini saxlaya bilmirəm.başlıqda ağlayırdım amma.indi isə səhvlərimə baxıb bir az qəhərlənib,bolluca gülürəm.həm uzaqdan,həm də yaxından baxıram səhvlərimə.amma yaxından baxdığın zaman gülmək heç də rahat olmur.çünki səhvin sənə gülür.

0 rəy:

Отправить комментарий