
Təklik çox çətindir.Ağrısı çəkilməzdir.Hər adam tək ola bilmir.Tək insanlar çox təhlükəlidir.Onlar qara düşünürlər.Heç nəyə inamları yoxdu tək insanların.İtirəcək heç bir şeyləri yoxdur:zəncirlərindən başqa.Bir də onları ölüm gözləyir.Hamı kimi.Qorxuları da yoxdu.Amma hərdən....
Hərdən tək insanlar təkliyi unudur.Onlar romantik olur.Lap elə mənim kimi..Güclü xəyal qururlar,arzularında həmişə bir şəhzadələri olur.lap elə mənim kimi...
Hərdən də xəyallardan əlavə bir manstrubasiya...Manstrubasiyadan sonra təklik adamın gözünə görünmür.Və ardınca bir siqaret..Sonra açıq havada qulaqcıqlarla təkbaşəna bir gəzinti..Tək adamların əyləncələri belə olur.Lap elə mənim kimi...
Əksəriyyəti yaradıcı insanlar olur.Əksəriyyətində yaradıclıq tumurcuqları cücərir.Bu onların başını qatmaq üçündür.Kimsə yazır,kimsə şəkil çəkir,kimisi də heykəl zad yonur.
Tənhalığı boğmaq üçün insan hərdən birini axtarır qucaqlamağa.Qoynunda ağlamaq və "Təklikdən çürümüşdüm,nə yaxşı ki gəldin!"demək istəyir tək adamlar hərdən.Lap elə mənim kimi..
İçib içib sərxoş olası gəlir tək insanların.Bir anlıq olsun özlərindən keçib,qədərə,Tanrıya küfr etmək istəyir tək insanlar hərdən.Ardınca yaxşı bir qəhqəhə çəkmək,ardınca da yastığı qucaqlıyıb aciz aciz hönkürtüynən ağlamaq istəyir tək adamlar hərdən.Lap elə mənim kimi..
Gözləri boz görür tək insanların,onlara görə həmişə qışdı..
İsti havada üşütmə tutur tək adamları..
Mən çox sıxıcıyam,çox maraqsızam..Lap elə aynada mənə baxan kimi..Aynalar da çox bulanıb,çox çirklidir..Lap elə mənim kimi…
Səni çox yoruram,qulağıvı tutub qaçmaq istiyirsən bu otaqdan,bu evdən,bu qəsəbədən,bu şəhərdən,bu ölkədən,bu cəmiyyətdən,bu qaydalardan…Lap elə mənim kimi..
Bitirmək istiyirəm hər şeyi lap onun kimi..
0 rəy:
Отправить комментарий