
Adı-Esen
Soyadı-Özyavuz (Güler)
Doğum tarixi-1983
Doğum yeri-İstanbul
Rap Həyatı Sagopa Kajmer ilə tanış olduqdan sonra başlamışdır.
Bu isə 1998-ci ilə təsadüf edir.Elə həmin il Kolera ilk tracki olan “İnkar boşuna”nı Kuvvetmira studiyasında qeydə alır.Bununla yanaşı,həmin ildə Silahsız Kuvvet’lə birlikdə “Neden Ağlıyorum” və “Dünden Kalma Hayeller” trackləri yazılır.
1999-cu ilin sonlarında təhsili və ağır iş həyatı ilə əlaqədar olaraq rap’ə 2 il müddətinə ara verir.
2001-ci ildə ilk Underground EP-ni(Psikolog,Komada Martı,Eksik Eylüllerin Geciken Yağmurları) internet üzərindən dinləyiciləri ilə paylaşır.
2004-cü ildə Sagopa Kajmerin “Bir Pesimistin Göz Yaşları” adlı albomunda sənətçi ilə birgə “Kalp Atışlarım 78 BPM” adlı parçanı yazdırır.Həmin ildə Sagopa Kajmerlə duetləri olan “Günlerim Ağlak” və “Aklımın Odaları” adlı parçaları dinləyicilərinə internet vasitəsilə təqdim edir.
2005-ci ilin əvvəlində Sagopa Kajmer Pessimist EP 3də “Süper Sperm” adlı trackdə yer alır.Bununla yanaşı həmin ildə Sagopa Kajmerin “Romantizma” adlı albomunda “Sago Vs Kolera” adlı tracki qeydə alırlar.24.09.2005 tarixində produserliyini Sagopa Kajmerin etdiyi,ilk solo albomu olan “Karantina Embryo” işıq üzü görür.Və yenə 2005ci ildə Disstortion EP.də 2 trackdə yer alır.11.08.2005də Sagopa Kajmerlə birgə, öz albomlarını ərsəyə gətirmək və yeni-yeni istedadlara yol açmaq məqsədilə öz musiqi şirkətləri olan “Melankolia Müzik”-i açdılar.
2006-ci ildə “Kafile” adlı Compilation albomu Melankolia imzası ilə ərsəyə gətirdilər.Həmin albomda Kolera 3 trackdə yer aldı.2006-cı ildə həmdə Sagopa Kajmerin Pessismist EP.4də “Trakonya&Foseptik” adlı trackləri Sagopa ilə birgə qeydə aldılar.
2007-ci ildə Sagopa Kajmerlə duet albomları olan “İkimizi Anlatan Birşey” adlı albomu Melankolia imzası altında dinləyicilərinə təqdim edirlər. “Taş Dibe Düşmez” adlı internet single’da bu ildə dinləyicilərə təqdim olunur.
2008-ci ildə ikinci solo albom “İNZİVA” işıq üzü görür.Bu ilin sonlarına doğru isə “Kolostrofobi” adlı EP albomu dinləyiciləri ilə paylaşır.
2009-cu ildə Sagopa Kajmerlə “Beslenme Çatam”,“Hain” və Sagopa Kajmerin Saykodelik EP.də yer alan “Bilinmezlik” trackində yer alır.Həmin ilin sonunda isə “Narsist” adlı internet single’ı ərsəyə gəlir.
Sənətçinin rəsmi internet səhifəsi-http://melankolia.com.tr/
Sənətçinin rəsmi myspace ünvanı-http://www.myspace.com/kolerap.
0 rəy:
Отправить комментарий