SlideShow

0

Yarımçıq məktub

Hava həqiqətən soyuqdur.Bir az kofe,bir az da pəncərədən aralı,kaminə yaxın.Üşümürəm,amma bir az soyuqlamışam.Acı olsun,kofem.Nikotin qatın içinə,bəlkə belə nəsə təsir elədi.Çəkdiyim andırda təsir eləmir artıq nikotin.Yeni başlanğıcımın ilk sətirləridir bunlar:”Məni heç kəs sevmir,mən ən zəiflərin siyahısındayam.Mən ən aşağıdayam.Mənim nə həvəsim,nə gücüm,nə də dözümüm yoxdur.”Yəqin təsəvvür gücün imkan verir halımı təsəvvür etməyə.Gecənin səssizliyini pozan 3 səsə elə indicə 4cü səs qarışdı:1)Saatın əqrəbləri;2)Krandan damlayan suyun damcıları;3)Çöldəki külək və son olaraq da siqaretimi yandıran kibrit.Pəncərə tər içində.Üfür və acı kofedən qurtumla.Növbəti kim olacaq?Çox təkəm mən.Növbəti sən də deyilsən?Mən artıq bezmişəm.Bu dəfə də eyni hissləri yaşatdırırsan mənə.Yaşatdırıb,yaaşatdırırlar​,amma sadəcə yaşatdırırlar.O hiss sənsən.Ətrafımdakıların yarımçıq tərəfləri bağlanır sırayla.Bu oyun kimidir.İki yarımçıq tamamlanır və bir xana silinir tənhaların cədvəlindən.Dünya tənha insanlarla dolu olan sonsuz xanalı bir cədvəldir.Ağlınıza bu cədvəldə gələ biləcək iki ən uzağı nöqtələri gətirin.Biri mənəm,biri də o.Biri məni arzulaması üçün sahib olduğum tək şey bu cümlələrdir.Günün birində məndən onsuz keçən zamanın hesabatını götürsə,ona bu gecələri anladacam.Heç bir xeyri olmayan bu yazıları,bu məktubları.Onun adına bir uğuurum belə yoxdur,xırdaca bir uğur belə.Uğur ondadır,o uzaqdadır.Uzaqlar yaxınımda,yaxınlar uzağımda və mən də boşluqda.Boşluq nə uzaqdadır,nə də yaxındadır.Boşluq özümdədir,içimdədir.Günün biri ikisi də məni tapacaq yəqin,amma o gün mən öləcəm yəqin.Ölümüm üçün ən uğurlu gün olacaq o gün.Nəysə,mən həqiqətən üşüyürəm .Amma yuxum gəlmir və playlist boşdu.Çarəm yoxdur,yazacam yenə.Sonra kağızı yandıracam və onlar da siqareti yandıracam.Sonra bir də yaz,bir də yandır.Bir də,bir də.

0 rəy:

Отправить комментарий