SlideShow

0

Mənim Sevgilim

Mənim sevgilim deyir ki,hər gecə mələklərlə danışır, Mələklər ölülərə görünüsə ancaq, Deməli mənim sevgilim ölüdür,cansızdır. Mənim sevgilim otaqdır,daşdır,divardır. Evimdə 3 yataq var:Birisi tənhalıq,birisi sevgilim və biri də mənim üçün Mənim sevgilim əsəbi olanda dağıdır hər gördüyünü Cansız olanlarda əsəbləşmək yoxdursa, Deməli mənim sevgilimdə həyat var, Mən isə ölümcül. Beynim çox qarışdı,hansımız ölüyük,hansımız sağ?! Yadımdadı ötən gecə sevgilim deyirdi ki,mələklər geyinir ağ. Hardadı Allah,çağırın köməyimə gəlsin, Ya da izah edin ki,hansımız ölüyük hansımız diri?! Ətəyindən yapışdım ölən gün sevgilimin, Ruhu qalxırdı göyə,mən də dartırdım geri. Bəs onda cazibə qüvvəsi harda idi,ruh niyə göy qalxdı?! Gücü tükənmişdi yəqin dünyanın,yola salanda sevgilimi. Mən ətəyinə doldururdum daşları,o da daşı tökdü ətəyindən, Son cümləsində deyirdi ki:o daşları qoru onlarda diriləcəm. Daşlardan heykəl yonub,özümə sevgili düzəltdim mən də

0 rəy:

Отправить комментарий