SlideShow

0

Gün və Ay

Bu necə olur axı anlamıram? Bir anda bağlanırsan. Ruhumdan ruhuna iplər uzanır, Elə bil ki illərdir dumanlıydı havalar-dünyalarımızın arasında. Boş-boşuna ortalıqda özüyçün iplər sallanırdı Və tək idik biz. Mən səni arzulayanda,sən də məni axtarırdın. Günəş çıxdı,bulud qaçdı,duman itdi,birləşdilər. Sən yağışlarımdan sonra çıxan günsən, Bütün bədənim nəm yaş,ruhum nəm. Mən də hərdən əsəbləşirəm,hərdə küsürəm, Özümdən asılı deyiləm axır vaxtlar,içimdə bir az qorxu,bir az kədər. İçimdə ikimiz üçün də saxlayıram mən: Bütün duyğuları,artıq qalan sətirləri, Yazılmayan cümlələri,bağlı qalan hissləri, Açılmayan düyünləri.

0 rəy:

Отправить комментарий