SlideShow

0

Sıradan

Darıxıram-bəlkə səndə bu da yoxdu heç,
Neyniyirsən,necəsən?
Mən çox pisəm,məni boş ver,keç.
Ayrı qala bilmədiyim,neçənci qadınsan?
Sevgimdən bezib adını qısqanclıq qoyan neçənci insansan?
Mənə vermə suallar,yoxdur məndə cavablar.
Sadəcə əlini uzat və gəl gedək qonaq dünyama.
Adına yazdığım onca şeir,onca məktub,
Sən olmadığın zamanlarda qələmimdən yetim şeirlər doğulub.
Yuxusuz gecələr artıq məni də qorxuzur,
Mən hamı kimi olmaq istəyirəm,istəyirəm görüm yuxu.
Bəsit arzular,bəsit duyğular-fərqlilik məni yorub
Heç bilmirəm mən hara gedir bu sərsəmliyimin sonu.
Bİr az ruhumu sığalla buna ehtiyacım var.
Mənə qayğı göstər,nəvazişlə məni qucaqla.
MƏncə hər şey yaxşı olmalıdı,əgər biz inansaq,
Amma inandıq da noldu ki uşaqlıqda?!

0 rəy:

Отправить комментарий