SlideShow

0

Poztivizm

Pozitiv olmaq lazımdır.Bir tərəfdən yoxluq,digər tərəfdən də basqılar.Pozitivəm mən.Stəkana dolu tərəfdən baxacam.Ümumiyyətlə stəkanı qıracam.Ruhdan düşmək yoxdur.Yıxılmışam,ayağa qalxacam və yenidən.Sonra bir də,sonra bir də və sonra bir də və sairə.İndi isə yorğunam və əsəbiyəm.Bir az ağlayacam yəqin.Sonra bəlkə 31 falan çəkərəm.Və jazzla yuxuya dalacam.Səhər yenidən ayılacam və ağzım zəhər dadacaq həmişəki kimi.Sonra bir stəkan su,gəyirəcəm,işəyəcəm və acqarına,yuxulu-yuxulu gözlərnən eyvana çıxıb siqaret çəkəcəm.Sonra tünd çayıma el arasında "anti-paxmel"deyilən d’rmandan tökəcəm və qəlyənaltı.Sonra atam ayılacaq və indi oturduğum masanın arxasında oturana qədər qaçdı-tutdu oynayacayıq atamla.Qonaq otağında olsa,öz otağıma.Öz otağıma gəlsə,mətbəxə,mətbəxə də gəlsə qonaq otağına və nələr,nələr.İstəmirəm ki gözünə görünüm.
Yoxsa günü pis keçəcək,əsəbləşəcək,əsəbləşəcə​m və nələr,nələr.Hərdən atamla göz-gözə gələndə düşündüyüm bir şey olur.Bir dəqiqə.Mən ki heç vaxt gəlmirəm onla.O mənə baxır,mən yerə.Ya da mən ona,o televizora.Dükana göndərəndə verəcəyi pula baxır,mən isyə ayaqqabımın bağlarını bağlayıram.Və nələr,nələr.Pozitiv olmaq lazımdır.Ruhdan düşmək yoxdur.Yıxıldın,qalx.Sonra bir də,sonra bir də.Dayanma pozitivizmlə.

0 rəy:

Отправить комментарий