SlideShow

0

Maraqsız,mənasız,dəxilsiz bir esse.çox dəxilsiz çox.


Darıxıram.Özü də çox.Ciyərlərimə hava sığışmır.Nəfəssizlikdən öləcəm belə getsə.Mən heç dərd çəkməyə vərdişli deyiləm.Ürəyim də çox balcadı,amma indi ora nə qədər dərd sığışıb,özümnən icazəsiz.Hər ötən gün içimdə nələrsə artır.Adını bilmirəm artan zadın.Hər gecə yuxular da məndən gizlicə qaçır otağımdan.Gecələrim yuxusuzlaşır.Xoşbəxt ola bilmirəm mən.
Su içirəm,amma dilim-dodağım qurudu.yemək yeyirəm,amma elə bil mədəm boşdu.Lənətləyib elə bil məni Tanrı məni.Tanrının sevilməyən övladları sırasına mən də daxil olmuşam deyəsən.
Kömək elə mənə.Tək qalmaq çətindir.Burnuun ucu da göynüyüb artığ darıxmaqdan və həsrətdən.Gözlərimdə sonsuz bir kədər hiss olunur.Güzgüdə hiss elədim o gün bunu.”Lənət şeytana,gör necə də qocalmışam!”dedim özüm-özümə.Yaşlanıb içim.
Gülüşlərimdə iyrənc çarəsizlik hiss olunur.İçimdə bir istək var indilərdə ancaq.İnsanlardan qaçıb,özümü ayrı bir yerə qapıyasım var!Qış olsaydı cəhənnəm,amma yayda lap çətindir.İstilərə də dözmək olmur.Təkily bir yandan isti bir yandan.Eeehh....Həyat doğurdan da çətindi eee Allah haqqı.Hələ mənim kimi fərqli axmaqlar üçün belə dəhşət şeydi e yaşamaq.Yaşamaq deyirəm ee sənə mən,yaşamaq.Belə ürəyin istiyən kimi də,sərbəst həyat falan.tut da söhbəti sən də a bala,ya da get tut ye!Lap lomdu ee indiki gənclərin əksəriyyəti deyirəm!Nəysə əşi,mövzudan çıxmıyım.
Hər gün yazıram,yazmayanda da xatirələrə sığınıram.Xatirələr..Xatirələr xatırlandıqca insanı ağrıdır.Peşmanşılıq hissi bürüyür hərdən insanı keçmişindəki xatirələri xatırladıqca..Xatirə var insanı güldürür,xatirə var ağladır,xatirə də var toyda oxuyur indi.Saatı beş min zad.Belə babat qazanır da özünə görə.O da özünə görə bir xatirədir.
Şəklinə də baxıram aradabir.Nə az,nə də ki,çox.Bircə şəklin var elə məndə.Gülürsən o şəkildə.Baxdıqca dodağımı dodaqlarına yapışdırasım.Möhkəm qucaqlamaq istəyirəm səni indi bu dəqiqə.
Hər gün təkrarlanan,amma mənim hələ də aldandığım,öyrəşdiyim bir şirin hiss var üstümdə.Gecələr telefona baxmaq xəstəliyi.Hər dəfə gecənin bir yarısı,telefonu əlimə elə ümidlə alıram ki.Elə sevinirəm ki o an,elə inanıram ki o an.Nəsə bir mesaj ya da ki,buraxılmış zəng görmək ümidi ilə telefonu götürürəm.Amma heç zad yoxdu.
Başa düşürsən ki heç nə deməkdir?!.Heç ee heç..Boşluq,heç.bular çox pisdir!Mən indi konkret lomkadayam.
Kimdə yandıran var,siqaret çəkəcəm bir dənə!

0 rəy:

Отправить комментарий