
Buna bir son vermək lazımdır.Bu təkliyə,bu səfilliyə,bu avaralığa.Günlər bir-birini qovur ki tez ölüm elə bil.Zamanla sövdələşmədədirlər hər yaşanan günüm.Qəribə hisslər keçirdirəm bu aralar.Hamıdan uzaqlaşıb özümü bir otağa qapatmağ istirəm!!Amma lənətə gələsi dərslər(ölüm də dərs oxuyuram axı?!)və digər zadlar olmasa!Digər zadlar deyəndə də ki başda avaraçılığım gəlir!son bir iki ayda mənalı bir iş gördüyüm yadıma gəlmir heç..Dərs-şəhərdə sülənməy-okeydə kart-ev.Bəli mən də olardanam.Mənim heç bir fərqim yoxdu səndən.Tək fərqim bu dəqiqə klaviaturaya bu hərf yığıntılarını taqqıldatmağımdı.Bu yazılarnan nəyisə geriyə qaytaracağımı düşünürəm amma boş ümiddən başqa heç nə deyil bu.Hər şey bir qırağa dursun.A kişi mən təkəm e..Bu zəhrimar təkliyi bilirsən sən?!..Son zamanlar qabağıma çıxan hər cütdüydə özümü və onu təsəvvür edirəm.Yaman sevgi iştahına düşmüşəm amma alınmır da.Sən də gəlmirsən ki gəlmirsən((((.Uf....Bezmişəm hər şeydən vallah,özü də çox yorulmuşam..Ölməy də istəmirəm,gözüm doymuyub yaşamdan.İçimdə hələ də bir şeyə ümid var ki dəyişəcəy nələrsə və sən də yəqin gələrsən..Sonra bir olardıq,bütöv olardıq..Əl-ələ gəzərdiy,danışardığ..Birgə xəlvətə çəkilib,təfəkkürə dalardığ.Sonra xoş xəyallar qurardığ.Hıh..Xəyalın içində bir dənə də xəyal olsun deyirsən?.Olsun da,onsuz ki nisyədi.Bir də dəniz sahili olsa..Bu lap əla olardı..Axşam vaxtı sahildə günəşin batımını izləyərdik və tonqal qalıyıb baxışlarla öpüşərdik...Və o gecə bitməsin heç..Nəysə e nəysə..Mən dəhşət romantik,utopik oğlanam.Ona görə də bu sərsəmləmələr normaldı!
0 rəy:
Отправить комментарий