Facebook demişkən nə düşünürsən?Məncə maraqlı sualdır.Hamının özü-özünə və ümumiyyətlə veriləsi suallardan biridi bu.”Necəsən,nə işnən məşğulsan və nə eləmisən indiyə qədər” kimi vacib suallar silsiləsindən biri də budu.nə düşünürəm?Nə bilim e.O qədər şey var ki düşündüyüm.Semestr imtahanıarı məsələn.Görəsən bu semestr neçə kəsrim olacağ?!Biri var onsuz.Ali riyaziyyat.İyrənirəm rəqəmlərlə əlləşməydən.Nə mənası var e boş-boşuna məsələ çıxardıb,sonra onu həll etməyinin hə?!..Ya da bucaq yaradıb,dərəcə tapmağın.Hamısı boşdu sən öl.Bir dənə hesablamağı və əməlləri yaxşı bilsən ömrüvün axırına kimi bəsdi də!Güya səhərisi gün iş yerində ya da ayrı yerdə triqonometriya ya da loqarifm hesablıyacıyığ?!Belə bir sual çıxır ortaya:”Birdən sabah uşağın sənnən bir gün köməy istəsə neyniyəssən?!”Mən də diyirəm:”Birdən evlənməsəm nolacağ?!Ya da birdən uşağı bu dünyaya zad eləməy istəməsəm nolacağ?Bəs birdən uşağım rəssam olsa soruşacağ oları görəsən?!”Başqa da ki özümü düşünürəm.Görən tam azadlığa nail olacam?Ya da ki görəsən bizim millətdəki o vaxtı keçən mentolitet dəyişəcəy?
Amma bu şou-qərib ki var,çox axmaq zaddı ha.Facebooku deyirəm e..Nə düşündüyüvü bilmiyə-bilmiyə status yazıb,bəyənməy!Sonra sabahdan axşama kimi onu bəyən,bunu bəyən,rəy yaz,statusdarı zad elə ortalığa,ad da olsun ki ömür yaşıyıram!
Nəysə e..,gedim bir az bəyənim,paylaşım,yatım. =)
SlideShow
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 rəy:
Отправить комментарий